Türkiyə Super Liqasında IX tura yekun vurulub.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, turun ilk oyununda "Beşiktaş" Ankarada "Gənclərbirliyi"nin qonağı olub. "Qartal" Ankara təmsilçisinin müqavimətini qıra bilməyib - 1:1.
Nəhənglərdən "Qalatasaray" Adana səfərində 1 qolla üç xala sevinib. "Fənərbağça" isə "Karabükspor"u 5:0 hesabı ilə darmadağın edib.
Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" da bazar günü meydana çıxıb. Qaradəniz təmsilçisi bu bölgənin digər klubu "Rizəspor"la bərabərə qalıb. Ramil "adəti üzrə", bu dəfə də iştirak ərizəsinə daxil edilməyib.
"Antalyaspor" cari mövsümdə ilk qalibiyyətini əldə edib. Komandaya Kayseri səfərində Samuel Eto`Onun yeganə qolu 3 xal qazandırıb.
Türkiyə Super Liqası
IX tur
28 oktyabr
"Gənclərbirliyi" - "Beşiktaş" - 1:1
Qollar: Serdar Gürlər, 27 - Taliska, 52.
29 oktyabr
"Qaziantepspor" - "Osmanlıspor" - 3:1
Qollar: İlhan Parlak, 12; Devi, 49; Vrsayeviç, 75 - Umar, 10
"Bursaspor" - "Konyaspor" - 2:0
Qollar: Kanatsızkuş, 69, Battalya, 72
"Adanaspor" - "Qalatasaray" - 0:1
Qol: Bruma, 71
30 oktyabr
"Başakşəhər" - "Akhisar" - 5:1
Qollar: Under, 16, Viska, 20, 31, Demir, 39, Mossoro, 52 - Rodalleqa, 28
"Trabzonspor" - "Rizəspor" - 2:2
Qollar: Mehmet Ekici, 5, Uğur Demirok, 67 (pen.) - Kveuke, 19, 83
"Fənərbağça" - "Karabüksor" - 5:0
Qollar: Van Persi, 18 (pen.), 48, Şkrtel, 45+2, Şaşeşu, 52, Lens, 53
31 oktyabr
"Kasımpaşa" - "Alanyaspor" - 2:1
Qollar: Adəm, 15; Turqut, 36 - Saki, 41
"Kayserispor" - "Antalyaspor" - 0:1
Qol: Eto`O, 29 (pen.)