Qadın voleybolçular arasında Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, ilk matçlarda sensasiya qeydə alınmayıb.

Gözlənildiyi kimi, 8 cütdə güclü komandalar asan qələbəyə seviniblər. "Əczaçıbaşı, "Agel, "Dabrova Qornitsa, "Modena, "Kann, "Vizura və "Dinamo (Krasnodar) rəqiblərini səfərdə belə məğlub ediblər. Digər cütdə isə "Minçanka üstün olub.

Cavab oyunları noyabrın 5-də olacaq.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar
"Minçanka (Belarus) - "Hameenlinna (Finlandiya) - 3:1 (25:15, 25:18, 22:25, 25:19)
"Maritsa (Bolqarıstan) - "Əczaçıbaşı (Türkiyə) - 0:3 (13:25, 13:25, 19:25)
"Linamar (Macarıstan) - "Agel (Çexiya) - 0:3 (21:25, 18:25, 23:25)
"Makkabi (Hayfa, İsrail) - "Dabrova Qornitsa (Polşa) - 1:3 (16:25, 20:25, 25:19, 22:25)
"Kalsit (Sloveniya) - "Modena (İtaliya) - 0:3 (19:25, 21:25, 22:25)
"Bimal-Yedinstvo (Bosniya və Herseqovina) - "Kann (Fransa) - 0:3 (8:25, 21:25, 16:25)
"Kohila (Estoniya) - "Vizura (Serbiya) - 2:3 (13:25, 25:16, 14:25, 25:17, 9:15)
"Ximik (Ukrayna) - "Dinamo (Krasnodar, Rusiya) - 2:3 (17:25, 25:20, 25:23, 16:25, 5:15)
Qeyd edək ki, ümumilikdə 30 komandanın qatılacağı Çempionlar Liqasına Bakının "Azərreyl və "Telekom klubları qrup mərhələsindən start verəcəklər. Qrup mərhələsinə kimi isə 3 təsnifat mərhələsi olacaq.