Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Fənərbaxçaya 1:2 hesabı ilə uduzan "Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyoya sual verən azərbaycanlı jurnalistin kimliyi məlum olub.
Unikal.org xəbər verir ki, o, olimpsport.az saytının əməkdaşı Ramin Allahverdiyevdir.
Jurnalistin portuqaliyalı çalışdırıcıya "Mxitaryan bu gün yaxşı çıxış etmədi. Onu komandadan göndərməyi düşünürsüz deyə sualı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi həmkarları isə onu tənqid edib. Allahverdiyev "Qafqazinfoya açıqlamasında tənqidlərə normal yanaşdığını bildirib:
"Hər kəsin öz düşüncə tərzi var və fikirlərə hörmətlə yanaşıram. Mən oyunun gedişatına görə sual vermişəm. Matçı canlı izlədiyimdən Mxitaryanın iki dəfə rəqib oyunçuya ötürmə verdiyini gördüm. Birində rəqib lap əks hücum yaratdı. Bundan əlavə, Mxitaryan "Mançester Yunaytedə transfer olandan bu yana da yaxşı oyun göstərə bilmir. Mən də soruşdum ki, onu komandadan göndərmək haqda düşünürsünüz? Orda heç erməni adı da çəkilməyib. Mxitaryanın pis oynadığını İngiltərə mətbuatı da yazıb. Bir də qeyd etmək istəyirəm ki, Mourinyo kimi dahi məşqçiyə azərbaycanlı jurnalist kimi sual verməyi mən özümə fəxr bilirəm. İstər peşəkar,istərsə də qeyri-peşəkar olsun. Ən azı Mourinyo biləcək ki, Azərbaycan jurnalistlərinin xaricə gedib neytral oyunları izləmək potensialı da var. Mxitaryan oyunu ilə öz qiymətin aşağı salıb onsuzda. Mən də istədim bunu aşılayam.
Həmin anları 6:55-ci dəqiqədən sonra izləyə bilərsiz.