Hindistan çempionatında oynayan məşqçi kimi fəaliyyət göstərən Marko Materassinin komandasının oyununda stadiona toplaşan 35 min azarkeş maraqlı aksiya hazırlayıb.
Unikal.org publika.az-a istinadən bildirir ki, azarkeşlər Fransa millisinin sabiq futbolçusu, hazırda "Real"ı çalışdıran Zinəddin Zidanın maskasını geyiniblər. Bununla da Əlcəzair əsilli fransıza dəstək nümayiş etdiriblər.
Xatırlayırsızsa, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında İtaliya və Fransa arasında baş tutan final oyununda bacısını təhqir etdiyi üçün Zidan Materassiyə kəllə atmışdı. Bundan sonra Zizu meydandan qovulmuş və yekunda İtaliya dünya çempionu olmuşdu. Elə həmin mundialdan sonra Zidan karyerasını bitirmişdi.