Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbəri gündəmə çevrilib.

Məsələyə AFFA səviyyəsində münasibət bildirilib. Unikal.org xəbər verir ki, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr demartamentinin rəhbəri Mikayıl Nərimanoğlu qafqazinfo-ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib, amma futbolçular tərəfindən alındığını yox:

"Bu alış-verişin futbolçulara heç bir aidiyyatı yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdur.

Xatırladaq ki, Skysports-un daha öncə yaydığı xəbərdə bildirilirdi ki, "Richer Sound şirkəti 25 min manatdan çox dəyəri olan televizorları yığmanın qaldığı otelə çatdırmaq üçün iki dəfə gəlməli olub.

Qeyd edək ki, Azərbaycan yığması İrlandiyaya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 3-cü yerdə qərarlaşıb.