Türkiyədə bütün diqqətlər noyabrın 20-də keçiriləcək "Fenerbahçe" - "Galatasaray" matçına yönələcək. "Sarı lacivərdlilər"in prezidenti Aziz Yıldırım futbolçuları ruhlandırmaq üçün pul mükafatı təyin edəcək.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, məbləğ 500 min - 1 milyon avro arasında olacaq. "Fenerbahçe" prezidenti uzun zamandır tək oyuna mükafat təyin etmirdi. Qeyd edək ki, "Fenerbahçe"nin ulduz futbolçusu Jermeyn Lens derbidə komandasına kömək etməyəcək.