Keçmiş futbolçu Devid Bekam 2013-cü ildə karyerasını bitirdikdən sonra reklam sahəsində daha çox uğur qazanmağa başlayıb.
Unikal.org bildirir ki, o, viskidən tutmuş alt paltara kimi bir çox məhsulun reklamına çəkilib. Devidin keçən il reklamlardan 15 milyon dollar qazandığı məlum olub. Onun həyat yoldaşı Viktoriya Bekamla birgə sərvəti isə 650 milyon dollar dəyərindədir.