AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
Unikal.org xəbər verir ki, Belfastda baş tutan iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.
Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun.
2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.
3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.