Portuqaliya millisinin və Madridin "Real klubunun futbolçusu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb.

Unikal.org azertag-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun bu dəfə sponsorluq anlaşmasının təfərrüatı üzə çıxıb. Belə ki, Ronaldo "Nike firması ilə ömürlük saziş imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçu "Nikeın geyimlərindən istifadə edəcək və bundan ildə 24 milyon dollar gəlir əldə edəcək. Ronaldo 73 yaşınadək "Nikeın geyimlərindən istifadə edəcəyi təqdirdə bir milyard dollar qazanacaq.

O, adı çəkilən brendlə ömürlük müqavilə imzalayan üçüncü idmançı olub. Ona qədər məşhur basketbolçular Lebron Ceyms və Maykl Cordan da analoji sövdələşmədən yararlanıblar.

Qeyd edək ki, Ronaldo bu yaxınlarda "Realla müqavilə müddətini 2021-ci ilə qədər uzadıb. Razılığa görə, onun illik məvacibi 50 milyon avro təşkil edəcək.