Avropa Liqasının I qrupunda V turun "Şalke 04" (Almaniya) - "Nitsa" (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Unikal.org report-a istinadən xəbər verir ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.

Qeyd edək ki, oyun noyabrın 24-də Gelzenkirxen stadionunda keçiriləcək.