İngiltərə Premyer Liqasında XII tura yekun vurulub.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, turun son günündə 1 qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Vest Bromviç"lə "Bernli" üz-üzə gəliblər. Ortababların duelində darmadağın qeydə alınıb. Meydan sahibləri ilk yarıda vurulan 3 qolla görüşün taleyini həll edib və fasilədən sonra fərqi 4-ə çatdırıblar.
Qeyd edək ki, tur "Çelsi"nin zirvəyə yüksəlməsi ilə əlamətdar olub. "Liverpul"un xal itirməsindən yararlanan paytaxt təmsilçisi mövsümdə ilk dəfə liderliyə yiyələnib.
İngiltərə Premyer Liqası
XII tur
19 noyabr
"Mançester Yunayted" - "Arsenal" - 1:1
Qollar: Mata, 69 - Jiru, 89
"Kristal Pelas" - "Mançester Siti" - 1:2
Qollar: Vikhem, 66 - Ture, 39, 93
"Everton" - "Suonsi" - 1:1
Qollar: Koleman, 89 - Siqurdsson, 41
"Sauthempton" - "Liverpul" - 0:0
"Stok Siti" - "Bornmut" - 0:1
Qol: Ake, 26
"Sanderlend" - "Hall Siti" - 3:0
Qollar: Defo, 34, Aniçebe, 62, 84
"Uotford" - "Lester" - 2:1
Qollar: Kapue, 1, Pereyra, 13 - Mahrez, 15
"Tottenhem" - "Vest Hem" - 3:2
Qollar: Uinks, 51, Keyn, 89, 90+1 (pen.) - Antonio, 24, Lanzini, 68
20 noyabr
"Midlsbro" - "Çelsi" - 0:1
Qol: Kosta, 41
21 noyabr
"Vest Bromviç" - "Bernli" - 4:0
Qollar: Filips, 5, Morrison, 16, Fletçer, 37, Rondon, 64