Sevgi dəftərinə dünyanın ən gözəl qadınlarının adını yazan futbolçu Kristiano Ronaldo indi də könlünü İspanyalı qıza bağlayıb.

Unikal.org xəbər verir ki, futbolçu başına parik qoyub və gözünə eynək taxıb yeni sevgilisi Georgina Rodriguezlə Paris küçələrininin birində gəzərkən İtalyan Chi jurnalının foto-kamerasına tuş gəlib.

Ronaldo və Rodriguezin romantik anları jurnalın növbəti sayında işıq üzü görüb. 

Futbolçu yeni sevgilisi Rodriguez ilə Paris küçələrində öpüşür. Digər bir tərəfdən onu mühafizəçi nəzarətdə saxlayır.