Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatında millimiz 4 medal qazanıb.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, zərif cinsin nümayəndələri arasında qitə birinciliyində çıxış edən yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Finalda mübarizə aparan digər dəri əlcək ustamız 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yerli boksçu Stanimira Petrovaya məğlub olaraq, gümüş medalla kifayətlənməli olub.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə mübarizə aparan Aynur Rzayevanın isə artıq bürünc medal qazandığı dəqiqləşmişdi.