UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir.
Unikal.org xəbər verir ki, müvafiq komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən aşağıda adı göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:
Şahdağ (Qusar)
1. Uce Cukunyere
Energetik (Mingəçevir)
1. Ruslan Həmidov
Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin 22 noyabr 2016-cı il tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalır:
Şahdağ (Qusar)
1. İqrar Səmədov
2. Rafael Kübərov (İnzibatçı)
Rəvan (Bakı)
1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov
Göyəzən (Qazax)
1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski
Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran Lalayev
Hakim
Anar Niyazov
Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin 22 noyabr 2016-cı il tarixli qərarı qüvvədən düşmüş sayılır:
Şahdağ (Qusar)
1. Kamran Ağakərimov
2. Tofiq Şəfiyev
3. Mahiddin Ağamov
4. Faik Ağakərimov
Rəvan (Bakı)
1. Əkbər Əhmədov
2. Fərid Ağayev
3. Mirqasım Cabbarlı
4. Omid Masumi
5. Fərid Quliyev
Bakılı (Bakı)
1. Bəhram Bəhramzadə
2. Xəzər Qəribov
Göyəzən (Qazax)
1. Orxan Əsgərov
Energetik (Mingəçevir)
1. Orxan Əlibalayev
Şərurspor (Bakı)
1. Mehdi Rəsulov
2. Samir Musayev
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.