Futbol tarixində ilk dəfə rəsmi oyunda videotəkrardan istifadə edilib. 

Unikal.org ESPN-ə istinadən xəbər verir ki, bu, klublarlararası dünya çempionatında baş verib.

Videotəkrar texnologiyasından yararlanan ilk hakim isə Viktor Kaşşai olub. Macarıstanlı referi turnirin yarımfinal matçı çərçivəsində bir qədər öncə başa çatan "Atletiko Nasional - "Kaşima görüşündə penalti təyin edib-etməmək üçün videotəkrarın köməyinə ehtiyac duyub.

Belə ki, Kaşşai qarşılaşmanın 33-cü dəqiqəsində videotəkrara baxıb əmin olduqdan sonra "Atletiko Nasionalı 11 metrlik cərimə zərbəsi ilə cəzalandırıb. Yaponiya təmsilçisi isə bundan maksimum faydalanıb.

Qeyd edək ki, qarşılaşma "Kaşimanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.