Boks üzrə dünya çempionu Krouford 50 günlük azadlıqdan məhrum edilib.

Unikal.org Tass-a istinadən xəbər verir ki, idmançı öz qardaşı oğlu üçün avtomobilin rənglənməsini sifariş edib, amma xidmət pulunu ödəməkdən imtina edib.

İdmançının Nebraska ştatında Omaha şəhərində yerləşən emalatxanalardan birinə 2500 dollar borcu olub. Amma boksçu ustaların işini bəyənmədiyi üçün pulun yalnız yarısını ödəyib. Daha sonra isə boksçu dostları ilə birgə emalatxanada xuliqanlıq etməyə başlayıblar.

Cəmi 4 gün öncə boksçu amerikalı Con Milini məğlub edərək öz titulunu qoruyub. Boksçu hələ də məğlubiyyətin nə olduğnu bilmir. Onun hesabında 30 qələbə var ki,bunun da 21-i nakautla nəticələnib.