"Neftçi" qış fasiləsi başa çatmamış bir-bir oyunçuları ilə vidalaşır.
Unikal.org-un klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi 5-ci əcnəbini də yola salıb.
Bu dəfə gedənlərin sırasına qapıçı Krşevan Santini qoşulub. Yayda heyətə cəlb edilən xorvatiyalı qolkiperlə müqaviləyə xitam verilib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Krşevan Santini "Neftçi"nin heyətində 12 oyunda meydana çıxıb.
Qeyd edək ki, Santiniyə qədər Katalin Tira, Denilson Pereyra, Dario Melnyak və Vançe Şikov "Neftçi"dən göndəriliblər.