Reynaldo "Qarabağ"dan göndərilə bilər.
Unikal.org xəbər verir ki, idmanxeber-in məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı forvardın çıxışından narazıdır. Məhz buna görə də "Qarabağ" yeni hücumçu axtarışına çıxıb.
"Qarabağ" Reynaldonu ən pis halda icarəyə verməyi düşünür. Əgər "köhlən atlar" qışda istədiyi hücumçunu tapsa, o zaman Reynaldonu başqa komandada görə bilərik.
Qeyd edək ki, hücumçunun "Qarabağ"la 2018-ci ilə kimi müqaviləsi var.