İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon karyerasını bitirməyə tələsmir. 

Unikal.org xəbər verir ki, bu barədə "Yuventusun qolkiperi özü yerli mətbuata açıqlamasında deyib.

38 yaşlı oyunçunun iki ildən sonra karyerasını bitirəcəyi bildirilsə də, Buffon bu barədə hələ yekun qərar vermədiyini söyləyib.

"38 yaşım olsa da, özümü bu yaşda hiss etmirəm deyən Buffona jurnalist "Elə isə daha 10-15 il oynamaq istəyirsiniz? sualını ünvanlayıb. Ulduz futbolçunun cavabı isə belə olub: "Kim bilir, bəlkə 65 yaşımda karyeramı bitirdim.

Qeyd edək ki, Canluici Buffon peşəkar karyerası ərzində 986 oyun keçirib.