İngiltərə Futbol Federasiyası Ceymi Vardini 3 oyunluq cəzalandırıb.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, buna səbəb oyunçunun "Stok Siti - "Lester matçında aldığı qırmızı vərəqədir.
Belə ki, hücumçu həmin görüşün 28-ci dəqiqəsində Mame Diufa qarşı kobudluğa görə oyundan qovulmuşdu.
Maraqlıdı ki, klub rəhbərliyi qərarla bağlı etiraz etsə də, federasiya bu etirazı qəbul etməyib. Əvəzində isə oyunçu Premyer Liqanın "Everton, "Vest Hem və "Middlsbro ilə oyunlarını buraxacaq.