Moskva kənarında yerləşən Sosnovka qəsəbəsində dəhşətli hadisə baş verib. 

Unikal.org lent.az-a istinadən məlumatına görə bu barədə rusiya KİV məlumat yayıb. 

Adıgedən qəsəbənin "Potapovskaya roşa adlanan hissəsində yerləşən evlərin birində naməlum cinayətkar 3 nəfəri yandırıb. Onlardan ikisi, ata və oğul Azərbaycan vətəndaşlarıdır. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da, 47 yaşlı atanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi qaldırılır. Hadisəni törədən şəxs axtarılır.