Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı qaçırılıb. 

Unikal.org apa-ya istinadən xəbərinə görə, insident dekabrın 22-də baş verib.
Rusiyanın şimal paytaxtına avtomobil almaq üçün gələn həmyerlimiz Tipanov küçəsində yerləşən "Piter" kompleksinə yollanıb. Burada onu üç naməlum şəxs güc tətbiq edərək qara rəngdə olan "Porsche Cayenne" markalı avtomobillə qaçırıb. Avtomobil salonunda azərbaycanlını döyüblər, ardınca 3 mln. rubl tələb ediblər.
Bir müddət sonra həmyerlimiz qaçmağı bacarıb. Qaçan zaman o üz və boyun nahiyyəsindən bıçaq xəsarətləri alıb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Yerli hüquq-mühafizə orqanları insidenti törətməkdə şübhəli bilinən şəxsləri axtarır.