Bakıda quldurluq hadisəsi baş verib. 

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirib. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb edib, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində gediblər.

Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılmış və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.