Moskva vilayətinin Krasnoqorsk rayonunda qanuni oğru Beso Rustavski həbs edilib.

Unikal.org Lent.az-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Moskva vilayəti Baş Polis İdarəsinin mətbuat katibi Tatyana Petrova bildirib.

Petrovanın bildirdiyinə görə, "qanuni oğru və daha iki nəfər Krasnoqorskda adı çəkilməyən yaşlı qadının evindən oğurluq edib. Evdən külli miqdarda pul, saat və digər qiymətli əşyalar oğurlanıb.