Türkiyənin Mersin şəhərinin Anamur mahalında əyləncə məkanlarında polisin keçirdiyi əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 15 qadın saxlanılıb.
Unikal.org xəbər verir ki, əməliyyat Mersin İl Jandarma Komandirliyi Qaçaqçılıq və Mütəşəkkil cinayətlər Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, 1-i Gürcüstan digər 14 nəfər Azərbaycan və Qırğızıstanda çarəsiz qalmış çətin vəziyyətdəki qadınlar Türkiyəyə dayəlik, təmizlik işlərinə düzəltmək adı ilə aldadılaraq gətirilib.
Qadınlar kirayəyə yerləşdirildikdən sonra əllərindən sənədləri alınıb və fahişəliyə məcbur edilib. Hazırda qadınlar Azərbaycana və digər ölkələrə göndərilməsi üçün sənədləri hazırlanır.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Türkiyənin Mersin şəhərində əyləncə məkanlarında polisin keçirdiyi əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 28 əcnəbi qadın saxlanılıb.
Əxlaqsızlıqla məşğul olmaqda şübhəli bilinən 21 suriyalı, 6 azərbaycanlı və bir mərakeşli qadın saxlanılıb.