Şəmkirdə bıçaqlanma olub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Potanlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Kamran Vahid oğlu sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. K. Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələki məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.