Bakıda və Siyəzəndə kafedə bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən unikal.org-a verilən xəbərə görə, yanvarın 16-da paytaxtın Nizami rayonu ərazisində Şəki rayon sakini Lalə Məmmədovanın icarə əsasında işlətdiyi kafeyə gələn Şamaxı rayon sakini Nurməhəmməd Şükürov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Şükürov tutulub.
Həmçinin yanvarın 15-də Siyəzən şəhərindəki kafelərdən birində şəhər sakini Anar Hüseynov münaqişə zəminində həmyerlisi Ramil Məmmədliyə baçıqla xəsərət yetirib.
Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.