Yeni il gecəsi "Reinada 39 adamı öldürən 65 adamı yaralayan terrorist Əbdülqədir Maşaripov barədə daha bir maraqlı detal üzə çıxıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçunun azərbaycanlıların da yer aldığı İŞİD düşərgəsində təlim keçdiyi məlum olub.

Belə ki, İŞİD Əfqanıstanda Uyğur, Özbək, Qazax, Qırğız, Azərbaycanlı, Türkmən və Dağıstanlılar üçün "xüsusi birlik yaradıb. Bildirilir ki, Ə.Maşaripov da bu düşərgədə xüsusi təlimlər aldıqdan İraq, Suriyadan sonra Türkiyəyə göndərilib.