Qusar rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü, Xaçmaz rayon sakini Rahir Babayev yaşadığı evin yaxınlığındakı zibillik ərazisində özünü asmaq istəyib.

Məlumata görə, qohumları onu vaxtında xilas edə biliblər. Sözügedən şəxs Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.