Bakının Xəzər Rayon Məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü ülgüclə doğrayıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı baş verib.
Məlumata görə, məhkəmənin gedişindən narazı olan təqsirləndirilən Elvin Qasımov məhkəmə nəzarətçilərinin və proses iştirakçılarının gözləri qarşısında əvvəlcədən üzərində gizlətdiyi ülgüc ilə boğaz və qol nahiyələrinə xəsarət yetirib.
O, "Təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Qasımov Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilir.