Alman və Amerika yığmaları arasında tennis üzrə Federasiya kuboku matçında Üçüncü reyxin himni səsləndirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, himn II Dünya müharibəsindən sonra qadağan edilib. Alman tennisçi Petkoviç bildirib ki, bu onun həyatında baş verən ən pis hadisə idi və buna görə yarışın təşkilatçılarını ittiham edir.

Alman millisinin kapitanı Barbara Rittnersə baş verən hadisədən xeyli təəccüblənib:

"Bu çox böyük qalmaqaldı, bu bağışlanmaz vəziyyətdi. Bizə qarşı hörmətsizlik etdilər

ABŞ-ın tennis assosiasiyası baş verən insidentlə bağlı idmançılardan üzr istəyib.