Rusiya polisi azərbaycanlı 1981-ci il təvəllüdlü Qasımova Leyla Təvəkkül qızını axtarışa verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Leyla dələduzluqda ittiham olunur.

Vladimir vilayətinin Vəznikov şəhərində mənzilləri gəzən Leyla sakinlərə özünü bal satıcısı kimi təqdim edirmiş. Balı satdıqdan sonra isə geri qayıdıb 5 minlik saxtta küpürü xırdalamağı xahiş edirmiş. O, bu üsulla onlarla sakini aldada bilib.

Vəznikov şəhər polisi Qasımova barəsində axtarış elan edib. İlkin məlumatlara görə, o, vilayətdəki qaraçı taborlarının birində gizlənir və ya artıq həmin taborların biri ilə vilayəti tərk edib.