Xəbər verdiyimiz kimi "Bakubus" 125 â„–-li marşrut xəttini istifadəyə verib. Marşurutun gediş haqqı 25 qəpikdir. Lakin ödəmə terminalları 5 qəpik qəbul etmir. 

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev açıqlama verib.


Bildirib ki, burda yalnış bir məqam yoxdur. Belə ki, sərnişin karta imkanı yol verdiyi məbləği yükləyə bilər lakin gediş haqqı 25 qəpik olan avtobusa minərkən kartdan yalnız 25 qəpik çıxılacaq: "Əslində 25 və ya 35 qəpik olan avtobuslarda kart sisteminin olması doğru haldır. Çünki dəfələrlə bizə şikayət daxil olur ki, 25 qəpik olan avtobuslarda nağd ödənişdə sərnişinlər 30 qəpik verir sürücülər onlara qalıq qaytarmır. Amma kart sistemi olanda artıq pulun qalığı kartın balansında qalacaq. Əgər sərnişin gündəlik bu avtobusdan istifadə edirsə o zaman əvvəlcədən kartına balans yükləməlidir. Yox əgər sərnişinin üzərində hər hansı səbəbdən vəsait azdır, yalnız 25 qəpikdi o zaman başqa sərnişinlərdən xahiş edib gediş haqqını ödəyə bilər. Mümkündürsə sərnişinlər balanslarına 25 yox 30 və daha artıq məbləğ vursunlar. Bu terminallar müəyyən ölçüdə qəpikləri qəbul edir . Sərnişinlərimiz də ödənişlərini buna uyğun etməlidir. Doğrudur, 5 qəpik də puldur. Bu məbləği sərnişinləri nəzərə alaraq müəyyən edilib. Buna qədər sərnişinlər şəhər mərkəzinə gləmək üçün 25 qəpikdən də artıq ödəyirdilər.