İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Yunayted" səfərdə "Çelsi"yə minimal hesabla uduzaraq mübarizəni dayandırdı. Oyun ərzində Londonlu azarkeşlər "Çelsi"nin tarixində özünəməxsus rolu olan və hazırda "Yunayted"i çalışdıran Joze Mourinyonu xəyanətkar Yahuda adlandırıb.
Unikal.org xəbər verir ki, portuqal mütəxəsis onlara oyunsonrası mətbuat konfrnasında cavab verib.
"Komandamla, azarkeşlərlə fəxr edirəm. Erreranın qırmızı vərəqəsindən sonra meydanda hər şey dəyişdi. Ona göstərilən ikinci sarı vərəqə düzgün deyildi. Referi gəncdir, potensialı böyükdür. Bizimsə bəxtimiz gətirmədi.
"Çelsi" azarkeşləri məni necə istəyirlər, adlandıra bilərlər. Mən peşəkaram və klubumu müdafiə edirəm. Onlara 4 çempionluq titulu qazandıran məşqçi olana kimi mən nömrə birəm. Ondan sonra 2-ci nömrə olacam".