"Qarabağ tərcüməçisi Əfqan Xəlilli ilə yollarını ayırıb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Qarabağın baş məşqçisi Qurban Qurbanov verib.
O, məsələyə belə münasibət bildirib: "Özünüz bilirsiniz ki, mən həmişə hərənin öz işi ilə məşğul olmasının tərəfdarıyam. Xəbərdən məlumatım var. Bu hərəkətinə görə Əfqanı komandadan uzaqlaşdırdım. Mən nə qədər burdayamsa, heç kim intizamsızlıq etməməlidir. Düzü, Əfqanın işindən çox razı idim, son zamanlar daha yaxşı anlaşırdıq. Buna baxmayaraq, onu uzaqlaşdırdım".
Qeyd edək ki, Əfqan Xəlilli sosial şəbəkə hesabında futbolçu Miçel Madera ilə olan şəkili paylaşaraq, "növbəti axmaq sualı gözləyərkən, mən - sözlərini yazmışdı.