Portuqaliya Premyer Liqasında XXVI tura start verilib.
Unikal.org apasport.az-a istinadən məlumatına görə, Azərbaycan millisinin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta növbəti matçına çıxıb.
Komanda bu dəfə çempionatın autsayderlərindən olan "Eştorilin qonağı olub. 0:0 hesabı ilə başa çatan matçda Kamran heç "18-liyə də düşməyib. Görüşə ehtiyat oyunçular skamyasından başlayan Emin isə 81-ci dəqiqədə Fabio Espinyonu əvəz edib və 9 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Boavişta turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.