İspaniyada uşaq komandaları - "Alaro və "Kolerensenin oyunu zamanı qalmaqal yaşanıb.
Unikal.org-un məlumatna görə, matçın gedişində valideynlər arasında kütləvi dava baş verib.
Hələlik insidentin səbəbi məlum deyil, polis araşdırma aparır.
Qeyri-rəsmi məlumatlara görə, oyunun gedişində 2 futbolçu arasında mübahisə düşüb. Bu, onların valideynlərinin əlbəyaxa olmasına, yekunda da kütləvi davaya gətirib çıxarıb.
Qeyd edək ki, baş vermiş insident səbəbindən oyun təxirə salınıb.