DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq futbol üzrə milli komandamız hazırlıqlarını davam etdirir.
Unikal.org xəbər verir ki, toplanışın ikinci günündə yığmamızın heyətinə itkilər üz verib. Belə ki, "Neftçi"nin üzvləri Namiq Ələsgərovla Ruslan Abışov komandanın düşərgəsini tərk ediblər. Buna hər iki futbolçunun zədələnməsi səbəb olub.
Futbolçuların Almaniya ilə oyunu buraxacaqları dəqiqdir.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da baş tutacaq.