Belarusun Nazirlər Şurası 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləyib.

Unikal.org-un məlumatına görə, baş nazir Andrey Kobyakovun sədrliyi ilə keçirilən iclasda həmçinin II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilələr, oyunların proqramı, eləcə də idman obyektlərinin tikintisi kimi məsələlər nəzərdən keçirilib.

Belarus 2016-cı ilin oktyabrında Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 45-ci sessiyasında 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi etmək hüququ əldə edib.