19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunmuş "Kuban baharı turnirində bu gün növbəti matçını keçirib.
Unikal.org apasport.az-a istinadən məlumatına görə, təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.
Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.
Qeyd edək ki, yığmamız 5-ci yer uğrunda Qazaxıstanla ilə üz-üzə gələcək.