Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Finlandiya matçını izləmək üçün Antalya stadionunda gəlib. Prezident oyun başlamazdan əvvəl maraqlı addım atıb.
Unikal.org xəbər verir ki, Ərdoğan, Finlandiya ilə oynanan əvvəl soyunma otağına enərək Milli Komandaya mənəvi dəstək verib. Komandanın soyunma otağını ziyarət edən Ərdoğan, soyunma otağının girişində Türkiyə Futbol Direktoru Fateh Termin qarşılayıb. Prezident Ərdoğan, burada futbolçularla tək-tək salamlaşaraq, müvəffəqiyyət diləklərini çatdırıb.
Köybaşı hazırlıqsız tutuldu
Ərdoğanın etdiyi bu sürpriz ziyarətdə hazırlıqsız olan İsmail Köybaşının halları isə ictimai mediada ən çox mövzular arasına olub. Ərdoğanı bir anda qarşısında görən milli futbolçunun üzvü köynək geymə səyi nəticəsiz qalınca, formayla üstünü bağlayaraq Ərdoğan ilə qucaqlaşmaq məcburiyyətində qalıb.