Almaniya milli komandası DÇ-2018-in seçmə mərhələsində ilk qolunu buraxıb.

Unikal.org-un xəbərinə görə, bundestimin qapısına bu mövsüm ilk qolu bu gün Bakıda milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov vurub.

O, matçın 31-ci dəqiqəsində fərqlənib və hesabı 1:1 edib.

Qeyd edək ki, buna qədər almanlar 16 qol vurmuşdu.