"Arsenal"ın sabiq futbolçusu Rober Pires həmyerlisi Kilian Mbappenin daha bir neçə mövsüm "Monako"da qalmasını məqsədəuyğun hesab edir.
Unikal.org xəbər verir ki, Pires bunları qeyd edib:
"Mbappeyə məsləhət vermək imkanım olsaydı, minimum 2 mövsüm "Monako"da qalmasını tövsiyə edərdim. Ona oyun praktikası lazımdır. Kilian dünyanın ən yaxşı klublarından olan "Real"a keçməyə məcbur deyil. Hazırda diqqətlər onun üzərinə yönəlib. Bu isə gənc futbolçuya təzyiq deməkdir. "Monako" Mbappe üçün ideal klubdur".(goal.az)