Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) türkiyəli atletlər Qamze Bulut və Elvan Abeylegesseni ağır cəzalandırıb.
Unikal.org-un apasport.az saytına istinadən məlumatına görə, Elvanın 2 gümüş olimpiada medalı və dünya çempionatı gümüş medalı əlindən alınıb.
Bundan başqa, keniya əsilli atlet dopinqin ilk dəfə bəlli olduğu 2015-ci ilin sntyabrından etibarən 2 illik cəzalandırılıb. O, bu ilin sentyabrından yenidən zolaqlara dönəcək.
Qamze isə 4 il müddətinə cəzalandırılıb. Beynəlxalq Atletika Federasiyası onun 2011-ci ildən bu yana qazandığı bütün nəticələri ləğv edib. Bununla da, Bulut bir olimpiada "gümüşü və bir Avropa çempionatı "gümüşünü əldnə verməli olub.
İAAF-ın Qamze Buluta tətbiq etdiyi cəzanın müddəti isə 2020-ci ildə başa çatacaq.