İran Bilyard Federasiyası Çində keçirilən sərbəst bilyard müsabiqələrinə qatılan qadın idmançıları İslami geyim qaydalarına zidd geyindiklərinə görə cəzalandırıb.
Unikal.org-un "Posta qəzetinə istinadən verdiyi məlumata görə, idmançılar 1 il ərzində ölkə daxilində və xaricdə keçiriləcək bütün müsabiqələrdən kənarlaşdırılıblar.
Federasiya cəzalandıran idmançıların adını hələ ki, açıqlamayıb.