Argentinalı ulduz Messinin "Barselonadan gedəcəyi ilə bağlı xəbərlərin tez-tez gündəmə gəldiyi bir vaxtda yeni bir iddia ortaya atılıb.

Unikal.org xəbər verir ki, Messinin "Barselonadan getməsini istədiyi futbolçuların ikinci siyahısını hazırladığı və bu siyahıda Arda Turanın adının olmadığı deyilir.

Məlumata görə, ilk siyahıya Ardanın adını daxil edən Messi bu dəfə hazırladığı siyahıdan türk futbolçunun adını çıxararaq, Andre Qomeşi daxil edib.

Buna səbəb Ardanın Qomeşdən daha məhsuldar olmasıdır.

Qeyd edək ki, futbol dünyasında Messinin "Barselonada diktatorluq etməsi, istədiyi futbolçunu klubdan çıxartdırması haqda iddialar var.