Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.
İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında "İnteri məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib.
Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan "Qarabağla "Neftçi Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan "Neftçi isə seriyanı davam etdirə bilməyib.
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.