"Oyuna pis başladıq. Şükür olsun ki, ikinci hissədə özümüzü toparladıq. Düzgün müdafiə olunduq, rəqibə imkanlar vermədik.
Unikal.org-un məlumatına görə, bu sözləri "Sumqayıtın baş məşqçisi Samir Abasov deyib.
Azərbaycan Premyer Liqasının XXVI turunda öz meydanında "Zirə ilə qarşılaşan "kimyaçılar matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.
Oyun başa çatdıqdan sonra klub saytına açıqlama verən Abasov fikirlərini bölüşüb: "İkinci hissədə top saxlamağa çalışdıq ki, bunun da öhdəsindən gəldik. Elə fiziki gücdəyik ki, hətta 3 hissə də oynaya bilərik. Oyuna çıxanda uşaqlara səbrli olmağı tapşırmışdım. Əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq, qələbəni əldən verdik. Ən azından xal qazandıq, buna şükr edirik. Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız qalıb, sona qədər belə mübarizə aparacağıq.