Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin "Boaviştadan kənarlaşdırılması təsdiqlənib.
Unikal.org-un məlumatına görə, bu xəbəri Portuqaliya klubunun rəsmi facebook səhifəsi yayıb.
Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Bununla da martın 26-da keçirilən Azərbaycan - Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, "Boavişta rəsmi məlumat yaymamışdı.