Rusiya Prezidenti Vladimir Putin idman tədbirləri zamanı azarkeşlərin kobud qayda pozuntularına görə inzibati məsuliyyətinin artırılması barədə qanun imzalayıb.

Unikal.org-un məlumatına görə, idman yarışının keçirildiyi yerdə təhlükəsizlik qaydalarının pozulmasına, digər şəxslərə xəsarət yetirilməsinə və digər qanun pozuntularına görə azarkeş 900 dollaradək cərimə olunacaq.

Bundan başqa, bir neçə dəfə qayda pozuntusunu həyata keçirmiş şəxs 15 sutkayadək həbs cəzası və ya 7 ilədək idman tədbirlərinə qatılmaq qadağası ilə üzləşə bilər.